Etibarlı çörəkçilik tərəfdaşlığında yeni standart
Lavinia haqqında
Lavinia premium çörək və qənnadı məhsullarının istehsalı və topdansatışı sahəsində fəaliyyət göstərən etibarlı tərəfdaşdır. Restoranlar, hotellər, coffee shop şəbəkələri, katerinq şirkətləri və digər iaşə müəssisələri üçün keyfiyyətli məhsul həlləri təqdim edirik.
Məqsədimiz HoReCa sektorunda fəaliyyət göstərən müəssisələri sabit keyfiyyətli məhsullar və etibarlı təchizat sistemi ilə təmin etməkdir. Hər bir tərəfdaşımızın iş ritminə, mövsümi tələbatına və xidmət ehtiyaclarına uyğun çevik həllər hazırlayırıq.
Necə işləyirik?
Fəaliyyətimizi yüksək istehsal standartları, ciddi qida təhlükəsizliyi nəzarəti və planlı təchizat prinsipləri əsasında qururuq. Məhsullarımızın hər partiyasında eyni keyfiyyəti qorumağa, sifarişləri dəqiq hazırlamağa və vaxtında çatdırmağa xüsusi diqqət yetiririk.
Missiyamız
HoReCa sektorunu premium çörək və desert məhsulları ilə etibarlı şəkildə təmin etmək, tərəfdaşlarımızın qonaq təcrübəsini zənginləşdirməsinə və biznes uğurlarına davamlı dəyər qatmaqdır.
Vizyonumuz
Azərbaycanın HoReCa sektorunda etibarlı çörəkçilik tərəfdaşına, regionda isə keyfiyyəti və peşəkarlığı ilə tanınan premium B2B brendinə çevrilməkdir.
Dəyərlərimiz
- Keyfiyyət — istehsalın hər mərhələsində sabit və yüksək standartları qoruyuruq.
- Etibarlılıq — öhdəliklərimizi vaxtında yerinə yetirir və fasiləsiz təchizat təmin edirik.
- Səmərəlilik — sifarişdən çatdırılmaya qədər bütün prosesləri dəqiq və operativ idarə edirik.
- Təhlükəsizlik — qida istehsalında gigiyena və təhlükəsizlik standartlarını ciddi şəkildə tətbiq edirik.
- Tərəfdaşlıq — müştərilərimizlə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qururuq.